Rüştü koronavirusa yoluxub

Rüştü koronavirusa yoluxub
08:22 29 Mart 2020
165 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Türkiyə milli yığmasının sabiq qapıçısı Rüştü Reçber yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə öz "İnstaqram" səhifəsində sabiq futbolçunun həyat yoldaşı Işıl Reçber yazıb.

I.Reçber bildirib: "Üzülərək xəbər verirəm ki, biz həyat yoldaşım Rüştünü COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirmişik. Daha əvvəl hər şeyin yaxşı olduğuna baxmayaraq, simptomların qısa zamanda inkişaf etməyi bizi də şoka saldı. Biz testlər keçirdik, oğlumda və qızımda nəticələr mənfi, həyat yoldamışda isə müsbət çıxdı. Hazırda bizə onu ziyarət etmək olmaz və bu, ən çətinidir".

Xatırladaq ki, Türkiyədə yeni növ koronavirusa 7402 nəfər yoluxub, 108 nəfər isə dünyasını dəyişib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/837276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR