İspaniyadakı futbolçular maaşlarının azaldılmasını istəmədilər

İspaniyadakı futbolçular maaşlarının azaldılmasını istəmədilər
11:22 29 Mart 2020
102 Digər
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqası və Sequndada çıxış edən komandaların kapitanları koronavirus pandemiyası səbəbindən futbolçuların maaşlarının azaldılması fikri ilə razılaşmayıblar.
“Report” “Sport.es” saytına istinadən xəbər verir ki, İspaniya Futbolçular Birliyinin prezidenti David Aqanso komandaların kapitanları ilə söhbət edib. Oyunçular maaşlarının azaldılmasına qarşı çıxıblar.
İspaniya qanunlarına görə, fors-major hallarda hansısa müəssisə gəlir əldə bilmədiyi təqdirdə, maaşlar 70 faiz azaldıla bilər.
Qeyd edə ki, daha öncə “Barselona”, “Espanyol” və “Alaves”in məvacibləri azaltdığı bildirilib. “Barselona”nın oyunçuları bu qərarla razılaşmayıblar. İspaniyanın digər nəhəng klubu “Real Madrid” isə oyunçularının maaşlarını azaltmağı planlaşdırmır. 
Sequndada çıxış edən "Albasete" komandasının heyətində Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov da yer alıb.     

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-spaniyadaki-futbolcular-maaslarinin-azaldilmasini-istemediler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR