Koronavirusun daha bir əlaməti tapıldı

Koronavirusun daha bir əlaməti tapıldı
12:12 29 Mart 2020
214 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikalı alimlər konyunktivit xəstəliyinin yeni tip koronavirus pandemiyasının əlamətlərindən biri ola biləcəyi barədə xəbərdarlıq edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Çindəki məlumatları araşdıran həkimlər koronavirus pandemiyasından müalicə alan hər 30 xəstədən birinə konyunktivit diaqnozu qoyulduğunu müəyyənləşdiriblər.

Eyni zamanda, ABŞ-da koronavirusa yoluxan 1099 xəstədən 19-da konyunktivit xəstəliyi aşkarlanıb.

Qeyd edək ki, konyunktivitli xəstələrin şikayətləri gözdə qamaşma, yaşaxma, gözdə ifrazatın olması, qapaqlar altında yad cisim hissiyatı, gözün qızarması, kirpiklərin səhərlər yapışmasından ibarətdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR