İranda 101 yaşlı kişi koronavirusdan sağalıb

İranda 101 yaşlı kişi koronavirusdan sağalıb
14:47 29 Mart 2020
170 Dünya
Ölkə mətbuatı
A- A+

İranda koronavirusa yoluxan 101 yaşlı kişi xüsusi xəstəxanada müalicə alaraq sağalıb və evə buraxılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 20 gün əvvəl İranın Gülüstan vilayətində səhhətindən şikayət edən 101 yaşlı kişi xəstəxanaya çatdırılıb. Müayinə zamanı onda koronavirusun əlamətləri aşkar edilib və xüsusi xəstəxanaya göndərilib.

Bu gün isə tam sağaldıqdan sonra 101 yaşlı kişi evinə buraxılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR