Qaradağ rayonunda vətəndaşlar ilə maarifləndirmə işləri aparılır -

Qaradağ rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün Qaradağ Rayon İcra Hakimiyyətində yaradılan mobil qruplar tərəfindən rayonunun bütün qəsəbələrində əhalinin sıx toplaşdığı ərazilərdə, məhəllələrdə fərdi izahetmə-xəbərdarlıq işləri aparılaraq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək tövsiyə edilir.

Rayon Polis İdarəsinin əməkdaşları nəqliyyat vasitələri ilə binaların qarşısında və məhəllələrdə səsgücləndiricilərlə vətəndaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət edirlər.

İcra Hakimiyyətindən Metbuat.az-a verilən məlumata görə, rayon ərazisindəki bütün istirahət parklarının girişləri bağlanılaraq giriş məhdudlaşdırılıb, o cümlədən abad məhəllələrdə sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqlardan, uşaq-əyləncə və idman qurğularından da istifadəyə qadağa qoyulub. Eyni zamanda, rayon ərazisində gündəlik olaraq dezinfeksiya işləri də aparılır.

Qaradağ rayon icra hakimiyyəti tərəfindən ictimai-iaşə obyektlərinin işinə nəzarət gücləndirilib. Burada iş qrafiki və xüsusi rejimdə işin təşkili ilə bağlı izahatlar aparılır.

Bütün təbliğat, maarifləndirmə dezinfeksiya və yardımların göstərilməsi gün ərzində davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR