Qazaxıstanda daha 5 şəhər karantinə bağlanır

Qazaxıstanda daha 5 şəhər karantinə bağlanır
15:27 29 Mart 2020
99 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın Karaqanda vilayətinin beş şəhəri koronavirus səbəbi ilə martın 30-dan etibarən karantinə bağlanacaq.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə vilayətin Mətbuat xidməti məlumat verib.
Beləliklə, artıq karantinə bağlanmış Nur-Sultan və Almatı şəhərlərinə Karaqanda, Temirtau, Saran, Şaxtinsk və Abay da qoşulacaq.
Son məlumatlara görə, respublikada 251 koronavirusa yoluxma halı qeydə alınıb, 1 nəfər virusun qurbanı olub.
Martın 16-dan etibarən ölkədə fövqəladə vəziyyət rejimi qüvvədədir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/qazaxistanda-daha-5-seher-karantine-baglanir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR