Polşada prezident seçkiləri koronavirusa görə təxirə salına bilər

Polşada prezident seçkiləri koronavirusa görə təxirə salına bilər
17:47 29 Mart 2020
185 Dünya
Ölkə mətbuatı
A- A+

Polşa prezidenti Ancey Duda etiraf edib ki, koronavirus epidemiyası ilə əlaqədar may ayına təyin olunan prezident seçkiləri təxirə salına bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, Polşada prezident seçkilərinin birinci turu mayın 10-a təyin olunub. 

Müxalifətin etirazlarına baxmayaraq, hökumət seçkiləri keçirməkdə israrlıdır. 

"Seçkilərin vaxtı təyin edilib və bizdən heç kəs bu il mayın 10-da, yəni ay yarım sonra nə baş verəcəyini dəqiq bilmir", - Duda Polşa televiziyasının efirində deyib. 

"Əgər epidemiya bu cür davam etsə, o zaman seçki vaxtı təxirə salına bilər", - o əlavə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR