x
Loading...

ABŞ-ın Arkanzas ştatında güclü qasırğa olub

ABŞ-ın Arkanzas ştatında güclü qasırğa olub
18:27 29 Mart 2020
159 Dünya
Ölkə mətbuatı
A- A+
.

ABŞ-ın Consboro (Arkanzas) şəhərində baş verən qasırğa nəticəsində ən az altı nəfər xəsarət alıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə CNN telekanalı xəbər yayıb.

Təbii fəlakət nəticəsində bir neçə binaya ciddi ziyan dəyib, avtomobillər aşıb. CNN-in məlumatına görə, xilasedicilər mümkün qurbanların axtarışını davam etdirir.

Qasırğalar Arkanzasın bir sıra şəhərlərində, həmçinin Ayova ştatında da qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR