2 maşın toqquşdu, ağır xəsarət alan var (FOTO)

2 maşın toqquşdu, ağır xəsarət alan var (FOTO)
18:56 17 Yanvar 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə iki avtomobil toqquşub.

Gəncə şəhəri, Cavadxan küçəsində bir nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 16:00 radələrində qeydə alınıb. Gəncə sakinləri - 19 yaşlı İslam Şahbazova məxsus “Hyundai” və 21 yaşlı Abbas Kərimova məxsus “Niva” markalı avtomobil toqquşub.

Nəticədə “Niva”nın sərnişini 21 yaşlı Orxan Qarayev ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Qəzanın baş verməsinə səbəb “Niva”nın “Hyundai”ın yoluna çıxması olub.

Faktla bağlı araşdırma aparılır.










Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=320328

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR