x
Loading...

Türkiyədəki Azərbaycan vətəndaşlarının üzləşdiyi məsələlərin həllinə dəstək verilir - Səfirlik

Türkiyədəki Azərbaycan vətəndaşlarının üzləşdiyi məsələlərin həllinə dəstək verilir - Səfirlik
21:42 29 Mart 2020
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Bölgəmizdə yeni tip koronavirus (COVİD-19) pandemiyası yayılmağa başlayandan etibarən Azərbaycanın Türkiyədəki səfirliyi dövlət siyasətinin tərkib hissəsi kimi Azərbaycan vətəndaşlarına mümkün dəstək göstərmək istiqamətində fəaliyyətini davam etdirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu ifadələr səfirliyimizin mövzu ilə bağlı yaydığı açıqlamada əksini tapıb. Bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunduğu kimi ilk növbədə xüsusi ehtiyac duyan vətəndaşlarımızın ölkəmizə geri qayıtmasının təmin edilməsi daxil olmaqla müvafiq tibbi ləvazimatların əldə edilməsi, təcrübə mübadiləsinin aparılması, Türkiyə daxilində vətəndaşlarımız üçün inzibati və lojistik məsələlərin həlli və digər istiqamətlərdə son iki həftədə gün ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərmişdir. Həmçinin, Bolqarıstan-Türkiyə sərhədində Türkiyəyə girişləri qadağan olan ölkələrdən gələn vətəndaşlarımızın bu ölkəyə keçidini təmin etmək üçün ilk olaraq sərhəddə qalan 28 azərbaycanlının sərhədi keçməsinə nail olunmuş, daha sonra neytral zonada qalan 14 vətəndaşımızdan 11-nin Bolqarıstana keçməsinə şərait yaradılmış, sərhəddə qalan digər 3 vətəndaşımızın isə Türkiyəyə keçidini təmin etmək üçün iki həftədir bütün rəsmi diplomatik kanallarla təmaslar saxlanmışdır. Bu gün həmin 3 vətəndaşımızın Türkiyə ərazisində 2 gün karantində qalmaq şərtilə xarici vətəndaşlar üçün tam bağlı olan sərhədi keçməsi təmin edilmişdir.

Yuxarıda göstərilənlərə görə, Türkiyə hökumətinə, xüsusilə də Xarici İşlər Nazirliyinə dərin minnətdarlıq ifadə olunur.

Daha sonra vurğulanır ki, Azərbaycanın Türkiyədəki səfirliyi tam tərkibdə və gücləndirilmiş rejimdə fəaliyyət göstərərək vətəndaşlarımızın üzləşdiyi məsələlərin konsulluq yardımı müstəvisində həllinə dəstək verməkdə davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/837530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR