22:27 29 Mart 2020
10 Digər
Ölkə mətbuatı
A- A+
.

Tovuz rayonu Qovlar şəhər ərazisində xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.
Bu barədə "Report"un Qərb Mərkəzinə DİN-nin Mətbuat Xidmətinin Gəncə Regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, "Niva" markalı avtomobillə "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində iki nəfər, 1998-ci il təvəllüdlü Zülfiyyə Hüseynova və 1990-cı il təvəllüdlü Nüşabə Məsimova xəsarət alıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Qeyd edək ki, hadisəyə avtomobillərdən birinin işıqforun qaydalarına riayət etməyərək qırmızı işıqdan keçəsi səbəb olub.
Faktla bağlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-isiqforun-qirmizi-isigindan-kecen-avtomobil-qezaya-toretdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR