Gəncədə polis apteklərdə reyd keçirib

Gəncədə polis apteklərdə reyd keçirib
22:42 29 Mart 2020
151 Digər
Ölkə mətbuatı
A- A+

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon İdarəsinin əməkdaşları xidmət ərazilərində mövcud olan apteklərdə süni qiymət artımının qarşısının alınması, eləcə də maska və spirtə olan ehtiyacın ödənilməsini təmin etmək məqsədilə yoxlama keçirib.
Bu barədə "Report"un Qərb Mərkəzinə DİN-nin Mətbuat Xidmətinin Gəncə Regional qrupundan məlumat verilib. Polis əməkdaşları apteklərdə qiymətlərlə maraqlanıb, eləcə də əczaçılarla profilaktiki söhbətlər aparıblar.
Obyekt rəhbərlərinə qanunun tələbləri ətraflı izah olunub və yarana biləcək süni qiymət artımı və digər neqativ hallarla bağlı qanuna müvafiq qaydada tədbir görüləcəyi bir daha diqqətə çatdırılıb.

Bundan başqa, RPİ-nin əməkdaşları park və istirahət güşələrində kütləvi şəkildə toplaşan vətəndaşlarla da maarifləndirici söhbətlər aparıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-polis-apteklerde-reyd-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR