Afrikaya koronavirusla mübarizə üçün 100 milyard dollar lazımdır

Afrikaya koronavirusla mübarizə üçün 100 milyard dollar lazımdır
23:57 29 Mart 2020
177 Dünya
Ölkə mətbuatı
A- A+

Afrika ölkələrinin koronavirus pandemiyası şəraitində milli səhiyyə sistemlərinin işini nizamlamaq üçün 100 milyard dollar həcmində təcili iqtisadi yardıma ehtiyacı var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə BMT-nin strukturuna daxil olan Afrika üçün İqtisadi Komissiyası məlumat yayıb.

Komissiyanın icraçı katibi Vera Sonqvenin sözlərinə görə, bu vəsaitin yarısı beynəlxalq institutların indiyə qədər Afrika dövlətlərinə verdikləri kreditlər üzrə faizlərdən imtina etməklə əldə oluna bilər. O, yaxın 2-3 həftə ərzində Afrikada pandemiyanın pik həddə çatacağını, lakin onun nəticələrinin hələ 12-18 ay hiss olunacağını bildirib.

İcraçı katibin sözlərinə görə, Afrika ölkələrinə, həmçinin bu ölkələrin biznesinə yardım üçün koordinasiyalı qlobal səylər vacibdir. "Əgər yeni koronavirus Afrikanın bir ölkəsində qalsa belə, bu, bütün dünyaya təsir edəcək", - deyə Vera Sonqve əlavə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR