İspaniyada karantin şərtləri sərtləşdirilir

İspaniyada karantin şərtləri sərtləşdirilir
04:32 30 Mart 2020
116 Dünya
Ölkə mətbuatı
A- A+

İspaniya hökuməti koronavirus pandemiyası ilə bağlı elan olunan karantinin şərtlərini sərtləşdirir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, martın 30-dan aprelin 9-dək bir çox müəssisələrin işçiləri əməkhaqları saxlanılmaq şərti ilə evdə qalmalıdırlar. Bu barədə İspaniyanın Baş Naziri Pedro Sançes bəyan edib.

Bu tədbirin köməyi ilə İspaniyanın hakimiyyət orqanları vətəndaşların hərəkətini maksimal dərəcədə məhdudlaşdırmaq və COVID-19 virusunun yayılmasının qarşısını almaq niyyətindədirlər.

Ümummilli karantin rejiminin tətbiqi barədə Fərmanda işlək vəziyyətdə qala biləcək fəaliyyət növlərinin siyahısı sadalanıb. Pərakəndə satışla məşğul olan ərzaq, ilkin tələbat məhsulları mağazaları, apteklər, dəftərxana ləvazimatları mağazaları, yanacaqdoldurma stansiyaları, xəbər agentlikləri, telekommunikasiya xidmətləri şirkətləri, poçt şöbələri, kimyəvi təmizləmə məntəqələri və camaşırxanaların fəaliyyətinə icazə verilib.

"İspaniya ən ağır, ən kədərli və acı anlarını yaşayır. Virus bizə amansız zərbələr endirir. Bu savaşın getdikcə şiddətləndiyi, təhlükənin daha da yaxınlaşdığı bir vaxtda sayıqlığı itirməmək, mübarizəni gücləndirmək lazımdır", - deyə Pedro Sançes bəyan edib.

Xatırladaq ki, ölkədə virusa yoluxanların sayı 72 mindən çox, ölənlərin sayı isə 5690 nəfərdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837544.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR