Ölkəsinə getmək üçün 200 min dollar xərclədi

Ölkəsinə getmək üçün 200 min dollar xərclədi
06:03 30 Mart 2020
189 İdman
Ölkə mətbuatı
A- A+

PSJ-nin qapıçısı Keylor Navas ölkəsi Kosta-Rikaya qayıtmaq üçün böyük məbləğdə pul xərcləyib.

Publika.az xəbər verir ki, koronavirus pandemiyasına görə Fransada karantində olan qapıçı, ailəsinin yanında olmaq üçün ölkəsinə qayıdıb.

Navasın martın 27-də icarəyə götürdüyü təyyarə ilə Fransadan ayrıldığı, bunun üçün 200 min dollar pul ödədiyi bildirilib.

Qeyd edək ki, daha əvvəl PSJ-nin braziliyalı futbolçuları Neymar və Tiaqo Silva klubdan icazə alaraq, ölkələrinə qayıdıblar.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/309115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR