Albaniyada sakinlər küçəyə çıxmaq üçün icazəni “sms”lə alacaq

Albaniyada sakinlər küçəyə çıxmaq üçün icazəni “sms”lə alacaq
06:17 30 Mart 2020
143 Digər
Ölkə mətbuatı
A- A+

Bu gündən (30 Mart - Red) küçəyə çıxmaq istəyən Albaniya sakinləri icazəni “sms” vasitəsilə almalı olacaqlar.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat Rusiyanın Tirandakı səfirliyinin “Facebook” səhifəsində yerləşdirilib.
Qeyd olunub ki, 30 mart tarixindən etibarən Albaniya hökuməti ölkə vətəndaşlarının küçəyə çıxması üçün icazələrin alınması barədə məcburi prosedur tətbiq edəcək.
“İcazə almaq üçün şəxsiyyət vəsiqənizin məlumatlarını xüsusi nömrəyə göndərməlisiniz və ya Albaniya pasportunuz varsa, ixtisaslaşdırılmış saytda formanı doldurmalısınız. Cavab “sms” şəklində veriləcək (gözləmə müddəti - 24 saata qədər). İcazə bir saat ərzində etibarlıdır” - deyə səfirlik qeyd edib.
Bildirilib ki, yeni icazələrin alınması üçün hər dəfə “sms” göndərilməlidir. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/albaniyada-sakinler-kuceye-cixmaq-ucun-icazeni-sms-le-alacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR