Virtual detoks nədir?

Virtual detoks nədir?
07:37 30 Mart 2020
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkələrdə insanların diqqətini cəlb etmək aludəçiliyə səbəb olur.

Milli.Az yenicag.az-a istinadən bildirir ki, mütəxəssislər virtual həyatın insan sağlamlığı üçün olduqca təhlükəli olduğunu bildirirlər. Belə ki, sosial şəbəkədən istifadə zamanı dopomin (asılılıq hormonu) ifraz olunur. Bu aludəçiliyin qarşısını almaq üçün isə virtual detoks məsləhət görülür. Əgər siz də gün ərzində telefonunuzu əlinizdən yerə qoymaq istəmirsinizsə, deməli, detoksun vaxtı çatıb.

Sosial şəbəkə və internetdən uzaq qalmaq mümkünsüzdür, lakin məhdudlaşdırmaq sizin əlinizdədir. Bunun üçün isə əvvəlcə bildirişləri bağlaya və özünüzə yeni məşğuliyyətlər tapa bilərsiniz.

Qeyd edək ki, virtual detoks hal-hazırda Avropada olduqca dəbdədir. Bu detoksu tətbiq edən şəxslər stress səviyyəsinin azaldığını, daha rahat yatdıqlarını və özlərini daha enerjili hiss etdiklərini bildirirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/814270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR