Fransa telekanalı Messini bənzəri ilə səhv saldı - FOTO

Fransa telekanalı Messini bənzəri ilə səhv saldı - FOTO
09:32 30 Mart 2020
158 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada yayımlanan "M6" telekanalının müxbirləri canlı yayımda gülməli səhvə yol veriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, telekanal "Barselona"nın əfsanəvi hücumçusu Lionel Messini onun bənzəri iranlı Rza Parasteşlə səhv salıb.

Qeyd etmək lazımdır ki, "M6" koronavirusla mübarizəyə böyük məbləğdə vəsait ayıran idmançılar haqqında süjet hazırlayıb.

Süjet yayımlanarkən ekranda məşhur tennisçi Rocer Federerlə yanaşı Messinin əvəzinə R.Parasteşin şəkli əks olunub.

Xatırladaq ki, Messi koronavirusla mübarizəyə bir milyon avro vəsait ayırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR