Bu dəfə parlamentdə keyfiyyətcə daha güclü qadınlar yer alıb - Dövlət Komitəsi

Bu dəfə parlamentdə keyfiyyətcə daha güclü qadınlar yer alıb - Dövlət Komitəsi
10:17 30 Mart 2020
108 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Əvvəlki seçki ilə müqayisədə son seçki nəticəsində Azərbaycan parlamentində təmsil olunan qadın millət vəkillərinin sayında artım müşahidə edilməsə də, bu dəfə parlamentdə keyfiyyətcə daha güclü qadınlar yer alıblar.

Milli.Az bildirir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya deyib.

Onun sözlərinə görə, hazırda parlamentdə qadın millət vəkillərinin xüsusi çəkisi 16,8 faizdir.

Komitə rəsmisi qeyd edib ki, ölkədə aparılan gender siyasətinin nəticəsi olaraq, ictimai-siyasi həyatın bütün sahələrində xüsusilə qərar qəbuletmədə qadınların iştirakı artıb. Yerli özünüidarəetmə orqanlarında da qadınların təmsilçiliyi artmaqdadır.

S.Talışinskaya əlavə edib ki, 2019-cu il də keçirilən seçkilərdə bələdiyyəyə üzv seçilənlərin 39 faizi qadın olub. Bu göstərici 2014-cü illlə müqayisədə 4 faiz çoxdur:

"Nəzərinizə çatdırım ki, ilk seçkilərdə bu göstərici 4 faiz idi. Eyni zamanda, fevralın 9-da keçirilən seçkilərdə də qadın namizədlərin fəallığını müşahidə etdik. Həmçinin müstəqillik tarixində Milli Məclisin spikeri ilk dəfə qadın seçildi. Bu da uğurlu bir addımdır".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/837579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR