Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə
19:03 17 Yanvar 2015
92 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc 
Yanvarın 19-dan 23-dək Almaniyanın Hohenfels şəhərində “Combined Resolve-4” təliminin əsas planlaşdırma konfransı, ayın 19-dan 30-dək isə Rumıniyanın Buxarest şəhərində təhlükəsizlik siyasəti və Avropaya inteqrasiya üzrə ixtisasartırma kursu keçiriləcək. Bununla yanaşı, yanvarın 19-dan fevralın 13-dək Böyük Britaniyanın Kollinqvud şəhərində zabitlər üçün eksklüziv iqtisadi zonanın mühafizəsi kursu təşkil ediləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Silahli_Quvvelerinin_numayendeleri_beynelxalq_tedbirlerde-825573

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR