Çinin sənaye müəssisələri istehsalı 99% bərpa edib

Çinin sənaye müəssisələri istehsalı 99% bərpa edib
10:22 30 Mart 2020
94 Digər
Ölkə mətbuatı
A- A+

Çinin sənaye müəssisələri ölkədə epidemioloji vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması fonunda istehsalı orta hesabla 98,6% bərpa edib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Sənaye və İnformasiyalaşma naziri Sin Qobin məlumat verib. 
Onun sözlərinə görə, insanların iş yerlərinə qayıtması üzrə orta göstərici 89,9%-dir: “Kiçik və orta müəssisələrdə iş isə orta hesabla 76% bərpa edilib".
Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının episentri olan Hubey əyalətində sənaye müəssilərinin yüklənməsi indi 95% təşkil edir. Müəssisələrin, təxminən, 70% əməkdaşı iş yerlərinə qayıdıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/cinin-senaye-muessiseleri-istehsali-99-berpa-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR