.

Çindən İNANILMAZ GÖRÜNTÜLƏR: əhali ayağa qalxdı, polislər həkimləri... - VİDEO

Çindən İNANILMAZ GÖRÜNTÜLƏR: əhali ayağa qalxdı, polislər həkimləri... - VİDEO
10:28 30 Mart 2020
210 Digər
Ölkə mətbuatı
A- A+
.

Dünyanı bürüyən koronavirus pandemiyasının yayıldığı Çinin Uhan şəhəri karantindən çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 11 milyon əhalinin yaşadığı şəhər normal həyata geri qayıdır.

Artıq Uhanın yerləşdiyi Hubey əyalətindəki digər şəhərlərlə əlaqələr bərpa edilib. Həmin şəhərlərdə virusla mübarizə aparan uhanlı həkimlərin evlərinə qayıdışı təntənəli olub.

Belə ki, öz doğma şəhərlərinə qayıdan həkimləri sakinlər dizüstə alqışlayıblar. Qarşılama mərasimində avtomobillər hərəkəti dayandıraraq həkimlərin şərəfinə siqnal verib. Uhana qayıdan həkim briqadası insanların sevgisi və hörməti qarşısında göz yaşlarını saxlaya bilməyib. Hətta polislər belə koronavirus qəhrəmanlarını qucaqlamaqdan çəkinməyiblər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/309145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR