Milli Məclisin iclasları internet vasitəsilə keçiriləcək

Milli Məclisin iclasları internet vasitəsilə keçiriləcək
11:58 30 Mart 2020
90 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin iclasları internet vasitəsilə keçiriləcək.

Publika.az xəbər verir ki, Milli Məclisinin Daxili Nizamnaməsinə bununla bağlı dəyişiklik təklif edilib .

Dəyişiklikdə qeyd olunur ki, karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edir. Real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir.

Təklif səsə qoyularaq qəbul edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/309164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR