65 yaş qadağası deputatlara şamil edilməyəcək - QANUN

65 yaş qadağası deputatlara şamil edilməyəcək - QANUN
12:18 30 Mart 2020
90 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı 65 yaşdan yuxarı insanlara tətbiq edilən məhdudiyyətlər deputatlara şamil eilməyəcək.

Publika.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanunun 5-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər Milli Məclisin deputatlarına şamil edilmir.

Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/309166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR