x
Loading...
.

SOCAR benzin qıtlığı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi

SOCAR benzin qıtlığı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
12:42 30 Mart 2020
Ölkə mətbuatı
A- A+
.

Azərbaycanda yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb.

Milli.Az-ın xəbərinə görə, SOCAR-ın məlumatında deyilir:

"SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu öz fəaliyyətini normal rejimdə davam etdirir. Ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunub. Bütün istehlak edilən yanacaq növləri əhaliyə sərbəst şəkildə satılır. Bu istiqamətdə narahatlıq üçün heç bir əsas yoxdur. Əziz vətəndaşlarımızı təşviş yaradan şayiələrə yox, yalnız rəsmi məlumatlara inanmağa çağırırıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/837650.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR