Sevgilisi məşhur modeli koronavirusa yoluxdurdu - FOTO

Sevgilisi məşhur modeli koronavirusa yoluxdurdu -  FOTO
12:57 30 Mart 2020
163 Maraqlı
Ölkə mətbuatı
A- A+
.

Parisdə yaşayan məşhur avstraliyalı model İnten Klement koronavirusa yoluxub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.

Qadının sözlərinə görə, əvvəlcə sevgilisi bu virusa yoluxub. Lakin başqa simptomlar olmadığından model bunun, sadəcə, soyuqdəymə olduğunu düşünüb.

Fransa Prezidenti Emmanuel Makronun milli karantin elan etməsindən bir gün əvvəl dostları ilə istirahət mərkəzlərinin birinə xizək sürməyə gedən model orada özünü pis hiss edib, nəfəs almağı çətinləşib. Lakin qadın buna da fikir verməyib.

Növbəti gün o, dostları ilə birlikdə Parisə qayıdan zaman yol boyu öskürüb.

Martın 20-də o, həkimin qəbuluna yazılıb. Məlum olub ki, Klement koronavirusa yoluxub. Həmin gündən etibarən qadın təcrid vəziyyətində xəstəxanada yatır.

Model bildirib ki, heç bir zaman COVID-19-u ciddi qəbul etməyib və bu infeksiyaya yoluxa biləcəyini düşünməyib.

O, gənclərə müraciət edərək, koronavirusun qarşısının alınması üçün tələb olunan təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/837597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR