Çin dünyaya bəyan etdi: Koronavirusun yayılması dayandı

Çin dünyaya bəyan etdi: Koronavirusun yayılması dayandı
13:33 30 Mart 2020
229 Dünya
Ölkə mətbuatı
A- A+
.

Çində koronavirus pandemiyasının yayılmasının böyük miqyasda qarşısı alınıb.

Publika.az xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə Komissiyasının mətbuat katibi Mi Fenq açıqlayıb.

O bildirib ki, 28 martdan bəri təsdiqlənmiş yoluxma faktı 3 mini keçməyib.

Komissiya rəsmisi başqa ölkələrdən Çinə gələnlərin yeni epidemiya dalğasına səbəb ola biləcəyini vurğulayıb.

Səlahiyyətli şəxslər Çinə xaricdən gələn koronavirus xəstəsi sayının 693-ə qalxdığını bildirir.

Son məlumatlara görə, Çində son 24 saat ərzində 31 yeni yoluxma faktı aşkarlanıb. Bununla da koronavirusa yoluxanların sayı 81 min 470-ə çatıb. Onlardan 3 min 304 nəfəri dünyasını dəyişib. 75 min 700 nəfər sağalıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/309177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR