.

13:52 30 Mart 2020
16 Digər
Ölkə mətbuatı
A- A+
.

“Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Agsu Aqropark” QTSC tərəfindən könüllü ianə edilib.
Bu barədə “Report”a “Agsu Aqropark” QTSC-dən məlumat verilib.
Məlumata görə, şirkət, öz növbəsində, Koronavirusla Mübarizəyə Dəstək Fonduna (KMDF) 20 min manat məbləğində maliyyə vəsaiti köçürüb.
“Agsu Aqropark” QTSC kollektivi koronavirus pandemiyasının vətəndaşlarımıza və iqtisadiyyatımıza təsirinin qarşısını almaq üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək göstərmək məramı ilə xalqımızla həmrəyliyini bəyan edir.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/agsu-aqropark-kmdf-e-konullu-iane-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR