Rusiyadan KRİTİK AÇIQLAMA: Reanimasiyadakı xəstələrin çoxu gənclərdir

Rusiyadan KRİTİK AÇIQLAMA: Reanimasiyadakı xəstələrin çoxu gənclərdir
13:58 30 Mart 2020
126 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın paytaxtı Moskvadakı xüsusi koronavirus karantin xəstəxanasında ağır vəziyyətdə olan xəstələrin 40%-nin yaşı 40-dan azdır.

Publika.az xəbər verir ki, bu barədə xəstəxana məlumat yayıb.

Xəstəxananın baş həkimi Denis Protsenko ağır vəziyyətdə olanların süni tənəffüs aparatına bağlı şəkildə saxlanıldığını bildirib. Reanimasiya bölməsində isə 17 xəstə yatır.

Xəstələrin yaş qrupuna görə sıralanması:

46%: 35-64 yaş arası

33.5%: 18-34 yaş arası

15%: 65 yaşdan yuxarı

5,5%: azyaşlılar.

Mütəxəssislər bu statistikanın xəstəliyə bütün yaş qruplarına daxil insanların yoluxma ehtimalının yüksək olduğunu göstərdiyini vurğulayır.

Qeyd edək ki, bu vaxta qədər verilən açıqlamalarda mütəxəssislər gənclərin xroniki xəstəliyi olmadığı müddətcə risk qrupuna daxil edilmədiyini bildirirdi. Lakin Böyük Britaniyada 18 və 21 yaşlı gənclərin koronavirusdan ölməsi çaşqınlıq yaradıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/309184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR