.

İrana qarşı sanksiyalar ləğv edilsin! - Trampa basqılar getdikcə böyüyür

İrana qarşı sanksiyalar ləğv edilsin! - Trampa basqılar getdikcə böyüyür
14:17 30 Mart 2020
160 Dünya
Ölkə mətbuatı
A- A+
.

Kanada, ABŞ, Avropa və Asiyadan olan yüzlərlə müəllim və fəal vətəndaş Donald Tramp administrasiyasına İrana qarşı birtərəfli sanksiyaların ləğv edilməsi üçün təzyiq göstərməyə çağırıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, onlar bununla bağlı Beşlik ölkələri hökumətlərinə və ABŞ Konqresinə məktub ünvanlayıblar.

Amerikalı siyasi publisist və filosof Noam Homski kimi 400-dən çox mədəniyyət xadimi və ictimai fəal şənbə günü Kanadada Sülh və diplomatiya İnstitutu tərəfindən nəşr olunan açıq məktubu imzalayıblar.

"2018-ci ildə Donald Tramp administrasiyası BMT TŞ-nin 2231 saylı qətnaməsini pozub və Birgə Hərtərəfli Fəaliyyət Planından çıxıb, İrana birtərəfli sanksiyalar tətbiq edir və maksimum təzyiq siyasətini qəbul edir", - deyə məktubda bildirilir.

"ABŞ hökuməti ABŞ-ın sanksiyalarının İrana humanitar yardımlara mane olmadığını bəyan etsə də, İranda fəaliyyət göstərən mülki təşkilatlar, beynəlxalq yardım təşkilatları və başda Human Rights Watch olmaqla hüquq-müdafiə qrupları, ABŞ-ın sanksiyaları, o cümlədən, bank məhdudiyyətləri iranlıların tibbi avadanlığa və əsas dərman vasitələrinə çıxışına ciddi şəkildə mənfi təsir göstərib", - sənəddə qeyd olunub. 

Xatırladaq ki, ən son məlumatlara görə, İranda koronavirusa yoluxma hallarının sayı 38309-a yüksəlib. 2640 nəfər xəstəlikdən vəfat edib, 12391 nəfər isə sağalıb. ABŞ-ın və müttəfiqlərinin tətbiq etdiyi sanksiyalar İranda koronavirusla mübarizəyə ciddi əngəl yaratmaqdadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR