Yer kürəsinə Atlas kometi yaxınlaşır

Yer kürəsinə Atlas kometi yaxınlaşır
14:18 30 Mart 2020
166 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu yaxınlarda aşkar edilmiş, rəsmi adı C/2019 Y4 olan Atlas kometi Yerə yaxınlaşır.

Publika.az AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, parlaqlığına görə Veneraya bərabər olan göy cismi son bir neçə gün ərzində daha parlaq olub.

Bu tendensiya Atlasın Günəşə yaxınlaşması ilə artır. Hazırda kometi ulduzların 8-ci ölçü (orta ölçülü teleskopla görünən, lakin adi gözlər görünməyən) parlaqlığına aid edirlər.

İşıqlanmanın intensivliyi belə sürətlə artarsa, Yer kürəsinə yaxınlaşması gözlənilən may ayında parlaqlıq 9-10 ölçüyə çata bilər.

Astronomlar hesab edirlər ki, Atlası adi gözlə görmək mümkün olacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/paranormal/309188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR