Komadan ayılan futbolçunun ailəsi "Ayaks"dan təzminat istəyir

Komadan ayılan futbolçunun ailəsi "Ayaks"dan təzminat istəyir
14:32 30 Mart 2020
213 Digər
Ölkə mətbuatı
A- A+

Hollandiya “Ayaks”ının  2 il 8 aydan sonra komadan ayılan futbolçusu Abdelhak Nurinin ailəsi klubdan təzminat tələb edir.
“Report” yerli mətbuata istinadən xəbər verir ki, Amsterdam təmsilçisi “uyğunsuz müalicə” səbəbindən 23 yaşlı yarımmüdafiəçinin ailəsinə 5 milyon avro təzminat təklif edib. Ailə isə bu məbləği qəbul etməyib və daha çox istədiklərini klubun rəsmilərinə bildirib.
Qeyd edək ki, Abdelhak Nuri 2017-ci ilin yayında Almaniya “Verder”i ilə yoldaşlıq görüşündə huşunu itirib. Klub oyunçuya meydanda tətbiq olunan tibbi müayinənin yetərsiz olduğunu və onun beynindəki problemin buna görə qaldığını etiraf edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/komadan-ayilan-futbolcunun-ailesi-ayaks-dan-tezminat-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR