Hər bir şəxs göstərişləri qeyd-şərtsiz yerinə yetirməlidir - Şərh

Hər bir şəxs göstərişləri qeyd-şərtsiz yerinə yetirməlidir - Şərh
15:08 30 Mart 2020
85 Digər
Ölkə mətbuatı
A- A+

“Cəmiyyət koronavirusla mübarizədə dövlət siyasəti ətrafında qeyd-şərtsiz birlik nümayiş etdirməlidir”.

Bunu Publika.az-a açıqlamasında Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor çap medianın fəaliyyətinin səngiməsi ilə bağlı bunları qeyd edib: “Ölkəmizdə koronavirus pandemiyası ilə bağlı yaranmış fövqəladə hal çərçivəsində mülkiyyət formasından asılı olmayaraq təşkilatlar və qurumların iş prinsipində dəyişiklik olduğu kimi media orqanlarının da fəaliyyətində yenilik var. Bu gün medianın çap funksiyası demək olar ki, sıfır səviyyəsindədir. Təbii ki, bu da təhlükəsizlik tədbirləri ilə bağlı atılan addımlarla əlaqədar başa düşüləndir. 6 aprel tarixinə qədər çap funksiyamızı deaktiv etmişik. Ancaq qəzetin saytı və video xəbərlər bloqu olduğu kimi fəaliyyətini davam etdirir”.

A.Quliyev karantin tədbirlərinin əhəmiyyətindən və nəticəsindən də söz açıb: “Azərbaycanda karantin tədbirləri müvafiq dövlət orqanları və şəxsən cənab Prezidentin iradəsi altında həyata keçirilir və mühüm əhəmiyyət kəsb edir. Dünya ölkələrinin bəzilərinin acı təcrübələri sübut edir ki, ən məhdudlaşdırıcı tədbirləri görməyənlər bu gün onun ağrısını hiss edir. Azərbaycan ən sərt karantin tədbirlərinin həyata keçirilməsində dünyanın bir çox ölkələrini qabaqlayır. Koronavirusla mübarizədə xüsusi karantin rejiminə keçidin əhəmiyyəti cəmiyyətin bütün potensialını ələ almaq, onu vahid hədəfin üzərinə yönəltmək və bu mübarizədən ölkəni minimum itki ilə çıxarmaq strategiyasından ibarətdir”.

Baş redaktor bildirib ki, kimliyindən asılı olmayaraq hər bir şəxs öz fəaliyyətini dövlətin müəyyənləşdirdiyi tədbirlərə uyğun qurmalı və qeyd-şərtsiz onları yerinə yetirməlidir: “Sosial izolyasiya və xüsusi karantin rejimi çərçivəsində dövlətin müəyyənləşdirdiyi tədbirlərə baxdıqda, lüzumsuz addıma rast gəlmirik. Azərbaycan Konstitusiyasına əsasən, Prezidentin vətəndaşların və cəmiyyətin sağlamlığının qorunması istiqamətində bütün səlahiyyətli addımları atmaq imkanı var. Cəmiyyət koronavirusla mübarizədə dövlət siyasəti ətrafında qeyd-şərtsiz birlik nümayiş etdirməlidir”.

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/309181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR