Koronavirus havada 8 saat qalır? - ÜST açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı sosial mediada yayılan "koronavirusun 8 saat havada qala bilməsi" iddiaları barədə paylaşım edib.

Metbuat.az xəbər verir ki, rəsmi "Tvitter" hesabından edilən açıqlamada qeyd edilib:

"Covid-19-a səbəb olan virus havada qalmır, lakin xəstə şəxslərin öskürməsi, asqırması və ya ünsiyyətə girməsi ilə keçə bilər".

Sözügedən vəziyyətlərdə meydana gələn damcıların isə havada qala bilməyəcək qədər ağır olduqları, dərhal yerə və digər səthlərə düşdükləri bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR