Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoхlama oyununu çıxıb.
ANS PRESS-in məlumatına görə, baş məşqçi Qurban Qurbanov yetirmələrini Xorvatiya klubu ilə oyunda sınaır.
"Qarabağ" "RNK Split"lə qarşılaşır.
Qeyd edək ki, 1912-ci ildə yaradılan "RNK Split"ə İvan Matiç başçılıq edir. Komanda qış fasiləsinə turnir cədvəlinin 6-cı pilləsində yollanıb.
"Qarabağ" Antalyada daha 5 oyun keçirəcək. Ağdamlılar yanvarın 21-də "Sürix" (İsveçrə), 24-də "Levski" (Bolqarıstan), 27-də "Legiya" (Polşa), 29-da "Mordoviya" (Rusiya), 31-də "Tarqu Mureş"lə (Ruminiya) qarşılaşacaq.
Antalya
Yoхlama oyunu
17 yanvar
19.00 Qarabağ (Azərbaycan) - RNK Split (Xorvatiya)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov.
"Piapilyon" otelinin meydançası.