Qalatasaray futbol klubunun baş məşqçisi Fatih Terim xəstəxanadan evə buraxılıb.
Metbuat.az xəbər verir ki, “Qalatasaray” futbol klubunun baş məşqçisi Fatih Terim koronavirusa qalib gəlib.
Xəstəxanadan edilən açıqlamada Fatih Terimin koronavirus testinin pozitiv çıxdığı ancaq klinik əlamətlərin bitməsi səbəbi ilə evində karantin şəraitində müalicəsini davam etdirəcəyi bildirilib.
Martın 23 dən etibarən xəstəxanaya yerləşdirilən 63yaşlı Fatih Terim bugündən etibarən 14 gün müddətində evində karantinada müalicəsini davam etdirəcək.
Mənbə:Hurriyet.com