“Təmiz Şəhər” dezinfeksiya işlərini intensivləşdirib - FOTO

“Təmiz Şəhər” dezinfeksiya işlərini intensivləşdirib - FOTO
16:17 30 Mart 2020
137 Ölkə
Ölkə mətbuatı
A- A+

"Təmiz Şəhər" ASC "Təmiz Qala" layihəsi çərçivəsində Qala qəsəbəsində tullantıların çeşidlənməsi və daşınmasını həyata keçirir.

ASC-dən Trend-ə bildirilib ki, koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə həyata keçirilən preventiv tədbir olaraq qəsəbədə yerləşdirilən 150-dən artıq tullantı meydançasında gündəlik dezinfeksiya işləri aparılır, tullantı qutuları xüsusi qurğular vasitəsilə yuyulur.

Bununla yanaşı, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisi də xüsusi nəqliyyat vasitələri ilə gündəlik təmizlənir və dezinfeksiya edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/837711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR