G20-nin ticarət nazirləri videokonfrans keçirir

“Böyük iyirmilik” (G20) ölkələrinin ticarət nazirləri bu gün videokonfrans formatında təcili toplanıblar.

Metbuat.az xəbər verir ki, bu görüş koronavirusla bağlı olacaq.

Nazirlər pandemiyadan əziyyət çəkənlər üçün tibbi avadanlıq və dərman vasitələrinin beynəlxalq tədarük zəncirlərinə dəstək vermək məqsədilə əməkdaşlığı müzakirə edəcəklər.

Martın 26-da G20 dövlət başçılarının sammitindən sonra koronavirusla bağlı pandemiyanın yaratdığı maliyyə çətinliklərini aradan qaldırmaq üçün dünya iqtisadiyyatına beş trilyon dollardan çox investisiya qoyduqları məlum olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR