​Azərbaycan Seysmoloqlar Assosiasiyası İB Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım edib

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli Fərmanına uyğun olaraq yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna hüquqi və fiziki şəxslər tərəfindən yardımlar davam edir.

Metbuat.az xəbər verir ki, Fonda dəstək verənlər sırasına Azərbaycan seysmoloqları da qoşulub.

Azərbaycan Seysmoloqlar Assosiasiyası İctimai Birliyi tərəfindən Fonda 10 min manat ianə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR