İsrailin Baş naziri də karantinə alındı

Çində meydana gələn yeni növ koronavirus "Covid-19" səbəbindən daha bir dövlət başçısının karantinə alındığı bildirilib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu dəfə İsrail baş naziri Benyamin Netanyahu karantinə alınıb. Bu barədə Netanyahunun ofisi məlumat yayıb.

Məlumatda bildirlib ki, Benyamin Netanyahu koronavirusla bağlı analiz verib, analizin nəticəsi müyyənləşənə qədər o, karantində olacaq. Baş nazirlə yanaşı onun məsləhətçiləri də kanantində olacaq.

Qeyd edək ki, bu gün İsrail Baş nazirinin Knesset məsələləri üzrə müşavirinin COVID-19 virusuna yoluxduğu məlum olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR