Tokio Yay Olimpiadasının yeni tarixi

Koronavirus pandemiyasına görə gələn ilə təxirə salınan Tokio Yay Olimpiya Oyunlarının yeni tarixi rəsmən açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı məlumat yayıb.

Olimpiadanın 2021-ci il iyulun 23-də start götürəcəyi və avqustun 8-dək davam edəcəyi bildirilib.

Qeyd edək ki, öncədən Tokio-2020-nin bu il iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR