Wi-Fi-dan on dəfə sürətli

Wi-Fi-dan on dəfə sürətli
19:12 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bu il WiGig (məlumatların saniyədə 7 Gbit sürətlə ötürülməsini dəstəkləyən yeni texnologiya) dəstəkli birinci kommersiya qurğuları bazara çıxarılacaq. Bu, Wi-Fi (802.11n) standartından 10 dəfə sürətlidir.
 
2015-ci ildə satışa çıxarılacaq WiGig çipi ilə təchiz edilmiş kompüter və noutbuklara xarici daşıyıcı, proyektor və başqa periferiya qurğularının qoşulması üçün daha kabelə ehtiyac olmayacaq və fərdi kompüterdəki Full HD formatında filmi planşetə iki dəqiqəyə ötürmək mümkün olacaq. 
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, çox yüksək mərkəzi tezlikdə (60 QHs) işləməsi WiGig siqnalına Wi-Fi ilə müqayisədə daha çox informasiya daşımağa imkan verir. WiGig simsiz kanalının maksimal (nəzəri) sürəti sonuncu nəsil Wi-Fi (433 Mbit/s) ilə müqayisədə 7 Gbit/s təşkil edir.
 
Bununla belə, WiGig texnologiyası Wi-Fi-ya birbaşa rəqib deyil. 60 GHz-lik diapazon eyni zamanda çox sürətli texnologiyanın çatışmazlığıdır, belə ki, divar, döşəmə və ya tavan arasından siqnal buraxılmasına imkan vermir. WiGig texnologiyasını daha çox bir otaqda yerləşən qurğuların ünsiyyəti üçün uyğun gələn kabelsiz USB kimi xarakterizə etmək olar.
 
WiGig texnologiyasının hazırlanmasında Intel, Dell, MediaTek, NVIDIA, Samsung Toshiba, AMD, Broadcom və başqa şirkətlər iştirak edir. Mobil qurğular üçün aparıcı prosessor və simsiz çip istehsalçılarından biri Qualcomm şirkəti bu yaxınlarda Las-Veqasda keçirilmiş CES 2015 sərgisində ev və ya ofisə quraşdırmaq üçün WiGig dəstəkli routerini nümayiş etdirib.
 
Intel korporasiyası rəqibindən geri qalmır, ötən ilin yayında supersürətli texnologiyanı noutbuklara quraşdırmaq dəstəyini elan edib. Çip istehsalçısı CES 2015 sərgisində hava ilə monitor və başqa periferiya qurğusu ilə birləşən WiGig texnologiyasına malik leptopunu təqdim edib. Həmçinin Samsung şirkəti WiGig məhsullarını təqdim edəcək.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/319365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR