Xırdalanda ağaclar yolun genişlənməsi məqsədilə köçürüldü

Xırdalanda ağaclar yolun genişlənməsi məqsədilə köçürüldü
18:42 30 Mart 2020
100 Digər
Ölkə mətbuatı
A- A+

Xırdalan şəhəri, Heydər Əliyev prospektinin genişləndirilməsi və yenidənqurulması məqsədilə tikinti altına düşən ağacların köçürülməsi və götürülməsinə ictimai dinləmədən sonra Dövlət Ekspertiza İdarəsi tərəfindən rəy verilib.
"Report" xəbər verir ki, bu barədə Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov jurnalistlərə məlumat verib. 
Onun sözlərinə görə, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən edilmiş müraciət əsasında sözügedən layihə maraqlı tərəflərin, ekspert və QHT nümayəndələrinin iştirakı ilə ictimai dinləməyə çıxarılıb: "Müzakirələrdə layihənin dövlət və sosial-infrastruktur əhəmiyyətli olduğu nəzərə alınaraq tikinti altına düşən və köçürülməsi mümkün olan ağac və kol bitkilərinin budanaraq köçürülməsinə, köçürülməsi mümkün olmayan ağacların isə götürülməsinə rəy verilib”. 
M.Qəmbərov bildirib ki, ağaclar Abşeron rayon Yaşıllaşdırma İdarəsi tərəfindən budanaraq kök torpağı ilə birlikdə çıxarılıb və digər münbit əraziyə köçürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/xirdalanda-agaclar-yolun-genislenmesi-meqsedile-kocuruldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR