x
Loading...
.

Koronavirusu sürətlə yayan vasitə BƏLLİ OLDU

Koronavirusu sürətlə yayan vasitə BƏLLİ OLDU
18:58 30 Mart 2020
347 Dünya
Ölkə mətbuatı
A- A+
.

Yeni növ koronavirus həmçinin nəcis vasitəsilə yoluxdurula bilər.

Publika.az fransız mediasına istinadən xəbər verir ki, COVID-19-un artıq nəcis və sidik ifrazatı ilə də yayılması haqda fərziyələr dəqiqləşib.

Amerika Səhiyyə Assosiasiyasının jurnalında yayımlanan məqalədə deyilir ki, bəzi xəstələrdə ilk mərhələdə ishal və qusma halları müşahidə olunub. Qızdırma və öskürək qeydə alınmayıb.

Diareya (ishal) koronavirusu sürətlə yayan ikinci vasitədir. Hətta Çinin Uhan şəhərində ilk yoluxanların 10 faizi bu yolla daşıyıcıya çevrilmişdi. Lakin mütəxəssislər bu durumdan xəbərsiz olduqları üçün əsas diqqəti nəfəs və tüpürcəklə keçən koronavirusa yönəltmişdilər. Hətta Amerikada ilk yoluxan şəxs də virusu nəcis vasitəsilə yayıb.

Sauthempton Universitetinin mütəxəssisi Uilyam Kivil bildirib ki, COVID-19 nəcis və sidik ifrazatı ilə yoluxdurulur. Odur ki, tualet və hamamı maksimal şəkildə təmiz saxlamaq, havanı tez-tez təravətləndirmək vacibdir.

"Virusun orqanizmdən xaric olandan sonra nə qədər aktiv qalacağı haqda bilgimiz yoxdur. Həmçinin hansı temperaturda məhv olduğu məlumatına sahib deyilik. Odur ki, gigiyenik qaydalara əməl edin, tualetinizi təmiz saxlayın", - Toronto Universitetinin professoru Devid Fisman deyib.

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/309195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR