Britaniyada 20 minə yaxın sabiq həkim və tibb bacısı yenidən işə qayıdıb

Britaniyada 20 minə yaxın sabiq həkim və tibb bacısı yenidən işə qayıdıb
22:32 30 Mart 2020
205 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyada 20 minə yaxın sabiq həkim və tibb bacısı koronavirus epidemiyası fonunda yenidən əvvəlki işlərinə qayıdıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Baş Nazir Boris Conson "Twitter" sosial şəbəkəsində yayımlanan video-müraciətində deyib.

Böyük Britaniyada koronavirus epidemiyası səbəbindən martın 23-də karantin rejimi tətbiq olunub: britaniyalılar yalnız zəruri məhsulları almaq, gündə bir dəfə bədən tərbiyəsi ilə məşğul olmaq, tibbi ehtiyacları üzrə və işə getmək üçün evdən çıxa bilərlər.

Boris Conson martın 27-də koronavirusa yoluxduğunu, zəif simptomların müşahidə olunduğunu və özünü təcrid etdiyini bildirib. Ölkəni idarə etmək qabiliyyətini itirəcəyi təqdirdə, onu Xarici İşlər naziri Dominik Raab əvəzləyəcək.

Son məlumata əsasən, Böyük Britaniyada indiyədək 19 min 800-ə yaxın insan koronavirusa yoluxub, 1200-dən çox insan isə bu xəstəlikdən həyatını itirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR