"Formula 1" komandası koronavirusa qarşı aparat istehsal etdi

"Formula 1" komandası koronavirusa qarşı aparat istehsal etdi
22:52 30 Mart 2020
109 Digər
Ölkə mətbuatı
A- A+

"Formula 1" komandalarından olan "Mercedes" koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq üçün London Universiteti Akademiyası (UCL) ilə birgə tənəffüs aparatı istehsal edib.
"Report"un məlumatına görə, bu barədə komandanın yaydığı açıqlamada bildirilir. Qeyd edilir ki, ventilyatora gərək olmadan beynə oksigen göndərən cihazlar İngiltərənin müxtəlif bölgələrindəki xəstəxanalara göndəriləcək. İlk cihazın 100 saatdan az vaxta ərsəyə gətirildiyi vurğulanıb.
İndiyədək Böyük Britaniyada koronavirusa 22 141 yoluxma halı qeydə alınıb. Ölənlərin sayı isə 1408 nəfərdir.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/formula-1-komandasi-koronavirusa-qarsi-aparat-istehsal-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR