ABŞ İranın nüvə proqramına qarşı sanksiyalardan istisnaların müddətini uzadıb

ABŞ İranın nüvə proqramına qarşı sanksiyalardan  istisnaların müddətini uzadıb
08:27 31 Mart 2020
144 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ İranın nüvə proqramına qarşı sanksiyalardan istisnaların müddətini 60 gün uzadıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Ortequs deyib.

M.Ortequs bildirib: "ABŞ İran hökumətinin nüvə proqramına qarşı dörd tədbirin müddətini daha 60 gün uzadır".

Onun sözlərinə görə, İranın nüvə fəaliyyətinin davam edən genişlənməsi qəbuledilməzdir: "İran hakimiyyəti tərəfindən nüvə şantajı beynəlxalq sülh və təhlükəsizlik üçün ən ciddi təhdidlərdən biridir".

Rəsmi nümayəndə qeyd edib ki, ABŞ İranın bu sahədə stabilliyi pozan fəaliyyətinin qarşısını almaq üçün bütün imkanlardan istifadə etməyə davam edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR