Cənubi Koreyada koronavirusa yoluxanların sayı 9,8 min nəfərə çatdı

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 9,8 min nəfərə çatdı
08:27 31 Mart 2020
79 Digər
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyada bir gün ərzində koronavirusa 25 yeni yoluxma hadisəsi qeydə alınıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərin Profilaktikası və Nəzarəti üzrə Mərkəz bildirib.
Məlumata görə, ölkədə 180 xəstə sağalıb, koronavirusa yoluxanların ümumi sayı 9 786 nəfərə çatıb, 162 nəfər virusun qurbanı olub.
Daha əvvəl virusdan 158 nəfərin vəfat etdiyi bildirilib. Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ şəhəri və Kyonsan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonası adlandırılıb.
Sakinlərdən aprelin 5-dək öz evlərini tərk etməmək, idman, əyləncə və dini müəssisələri bağlamaq xahiş edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cenubi-koreyada-koronavirusa-yoluxanlarin-sayi-9-8-min-nefere-catdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR