Pandemiya dövründə smartfon bazarına kim liderlik edir?

Pandemiya dövründə smartfon bazarına kim liderlik edir?
08:52 31 Mart 2020
116 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyada cərəyan edən koronavirus pandemiyasına baxmayaraq, fevral ayında smartfonların qlobal satışı 14% azalıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə gözlənilən qədər pis deyil.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda "Counterpoint" analitik agentliyi məlumat yayıb.

Məlumata görə, Çinin smartfon bazarında satış 38% azalıb: "Bu ilin fevral ayında Çində müxtəlif smartfonların satışı 50% azalmışdı. Lakin cihazların satışı onlayn rejimə keçdikdən sonra bu fərq 38%-ə düşüb".

Koronavirus pandemiyasının cərəyan etdiyi dönəmdə isə smartfon bazarına liderliyi Samsung şirkəti edir. O bazarın 21,9% payına sahibdir. Apple ikinci yerdə gələrək, 14,4% paya malikdir. Huawei bu siyahıda üçüncü sırada gəlir. Onun bazar payı isə 13,2%-dir.

Mütəxəssislər qeyd edirlər ki, əslində Huawei-in göstəriciləri gözlənilən nəticədən daha yaxşı olub: "Qeyd edək ki, bu ilin fevral ayında Huawei şirkəti dünya üzrə 12 milyondan çox mobil cihaz satıb. İstehsalçının dünya bazarında payı isə sadəcə 1% azalıb".

Siyahıda ardıcıl olaraq Xiaomi Oppo, Vivo və Realme 9,2%, 8,2%, 6% və 2,7% payla yer alıb.

"Counterpoint" şirkətinin baş mütəxəssisi Jene Park hesab edir ki, Cənubi Koreya və Çin smartfon bazarında öz mövqelərini getdikcə yaxşılaşdırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/837319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR