SON DƏQİQƏ: Türkiyə-İran qaz kəmərində GÜCLÜ PARTLAYIŞ - VİDEO

SON DƏQİQƏ: Türkiyə-İran qaz kəmərində GÜCLÜ PARTLAYIŞ - VİDEO
09:13 31 Mart 2020
125 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Türkiyə-İran qaz boru kəmərinin Ərzurumdan keçən hissəsində güclü partlayış baş verib.

Publika.az Türkiyə mətbuatına istiandən xəbər verir ki, partlayışdan sonra başlayan yanğında alov təxminən 40 metrə qədər yüksəlib.

Partlayış ətraf kəndlərin sakinləri arasında büyük təşvişə və qorxuya səbəb olub. Yanğınsöndürənlərin, mülki müdafiə və təhlükəsizlik qüvvələri yanğının söndürülməsinə cəlb olunub.

Boru kəmərində qaz verilişi dayandırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır, yanğının səbəbi və vurduğu ziyan araşdırılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/309258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR